Главная > Dünya > Safaridə dostlarından ayrılan turist filin ayaqları altında öldü

Safaridə dostlarından ayrılan turist filin ayaqları altında öldü


2-02-2022, 11:55. Разместил: azadses
Uqandanın “Murchison Falls” Milli Parkında qəzəbli fil dəstədən ayrılan turisti ayaqları altında tapdalayıb.

Bildirilir ki, Ayman Sayel Elşaxani adlı səyyah istirahət zamanı qrupdan ayrılıb. Fil onu görüb və təqib etməyə başlayıb. Elşaxani daha 3 turistin əyləşdiyi avtomobilə vaxtında çata bilməyərək heyvanın ayaqları altında ölüb.

Milli parkın rəhbərliyi filə qarşı heç bir tədbir görməyib, ancaq polisə bildirib ki, gələcəkdə belə halların baş verməməsi üçün turistin ölümünü araşdıracaqlar.


Вернуться назад