Главная > Dünya > Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil oldu

Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil oldu


2-02-2022, 14:45. Разместил: azadses
Çinə məxsus iki sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularına daxil olub.

Okinava prefekturasının Naha şəhərində 11-ci Dairə Sahil Mühafizəsi Qərargahına görə, Çin gəmiləri Yaponiyanın milli ərazi sularını pozub.

Gəmilər Minamikojima adaları ətrafında Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə balıqçı gəmilərinə yaxınlaşıb.

Təxminən 4 saat qalan gəmilər Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığı nəticəsində ərazini tərk edib.

Qeyd edilir ki, Çin bayrağı altında üzən gəmilər bu il ikinci dəfə Yaponiya ərazi sularına daxil olub. İlk qanun pozuntusu yanvarın 15-də qeydə alınıb.

Hadisə ilə bağlı Çinə etiraz notası verilib və bunun “qəbuledilməz” olduğu bildirilib.

Mənbə: Anadolu


Вернуться назад