Главная > Dünya / Manset > İlon Mask ondan pul istəyən gənci bloka atdı - FOTO

İlon Mask ondan pul istəyən gənci bloka atdı - FOTO


2-02-2022, 12:38. Разместил: azadses
“Tesla” və “SpaceX”in rəhbəri, sahibkar İlon Mask özünün bütün sosial şəbəkə hesablarında floridalı tələbə Cek Suini bloklayıb. Səbəb isə 19 yaşlı gəncin “Twitter” hesabı yaradaraq botun köməyi ilə milyarderin şəxsi təyyarəsinin hərəkətini izləməsi və “müşahidə”nin dayandırılması tələbinə cavab olaraq Maskdan 50 min dollar istəməsi olub.“Mən “SpaceX” və “Tesla” pərəstişkarıyam, ona görə də bilirdim ki, onun təyyarəsi var. Düşündüm ki, bot... onun (Maskın) hara getdiyini və nə etdiyini anlamağa kömək edə bilər”, - deyə Suini bildirib.Gəncin sözlərinə görə, ötən ilin noyabrında Maskın özü onunla əlaqə saxlayıb və təhlükəsizliyindən ehtiyat edərək beş min dollar müqabilində hesabı ləğv etməyi xahiş edib. Suini isə əks təkliflə çıxış edərək milyarderdən kollec təhsili və ya “Tesla Model 3” avtomobili üçün 50 min dollar istəyib. Buna cavab olaraq Mask bütün sosial şəbəkə hesablarından gənci bloklayıb.

“O qədər vaxt və səy sərf edildi, beş min məni bütün bunları atmağım üçün kifayət deyil”, - deyə gənc bildirib.

Suini ümid edir ki, Mask hələ də danışıqlara qayıdacaq. Gənc həmçinin “Microsoft” qurucusu Bill Qeyts və “Amazon” qurucusu Ceff Bezos da daxil olmaqla digər məşhur simaların təyyarələrini izləmək üzrə öz biznesini qurub.

“Uçuşları izləyən şirkətlər ildə milyonlar qazanır. Onların sahib olduqlarının cüzi bir hissəsini belə ala bilsəm, xoşbəxt olardım”, - deyə Suini əlavə edib.

Mənbə: Bloomberg






Вернуться назад