Главная > Dünya > “Tik-Tok” azyaşlıların videolarına görə cərimələnə bilər
“Tik-Tok” azyaşlıların videolarına görə cərimələnə bilər14-05-2020, 13:36. Разместил: azadses |
ABŞ-ın bir sıra təşkilatları “Tik-Tok” sosial şəbəkəsindən Federal Ticarət Komissiyasına şikayət edib. Səbəb xüsusən gənclər arasında populyarlıq qazanan sosial şəbəkənin 13 yaşdan kiçik uşaqların görüntülərini silməkdən imtina etməsidir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.2019-cu ildə “Tik-Tok” internetdə uşaqların zərərli informasiyadan qorunması haqqında ABŞ qanunvericiliyini pozduğuna görə, 5,7 milyon dolları məbləğində cərimə olunub. Sözügedən qanuna əsasən, saytlar və internet xidməti ilə məşğul olan qurumlar 13 yaşına çatmamış uşaqların fərdi məlumatlarını valideynlərinin icazəsi olmadan yayımlaya bilməz. Öz növbəsində, “Tik-Tok”un sözçüsü Hilari Makkueyd şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsi ilə əlaqədar ciddi ölçü götürəcəklərini bildirib. Qeyd edək ki, “Tik-Tok” Çində qurulmuş sosial şəbəkədir. İstifadəçilər bu sosial şəbəkədə qısa, əyləncəli videoçarxlar yerləşdirirlər. Вернуться назад |