Главная > Dünya > Ağ Ev əməkdaşları iş şəraitinə görə istefa verməyə hazırdırlar

Ağ Ev əməkdaşları iş şəraitinə görə istefa verməyə hazırdırlar


27-12-2021, 08:17. Разместил: admin
Ağ Evin əməkdaşları işlərindən narazıdırlar. Onlar xidmətdə səmimi yoldaşlıq mühiti və ümumi sevinc hissinin olmamasından şikayətlənirlər.

ABŞ mediasının məlumatına görə, işçilər anonim şəkildə mətbuata şikayət ediblər. Çoxları etiraf edib ki, onlar artıq iş yerlərini dəyişmək barədə düşünürlər. Narazılığın digər səbəbi isə ABŞ prezidenti Co Baydenin kadr siyasətidir. Belə ki, onun yaxın çevrəsinə daxil olmayan şəxslər çox vaxt əlverişli postlara kadr seçimindən kənarda qalır.

Qeyd edək ki, bütün bunlar Bayden və Harrisin reytinqlərində davam edən enişin fonunda baş verir.
Вернуться назад