Главная > Dünya > İrana təyyarə qəzası ilə bağlı ultimatum verildi
İrana təyyarə qəzası ilə bağlı ultimatum verildi17-12-2021, 10:32. Разместил: admin |
Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qurbanlarına yardımın koordinasiyası üzrə beynəlxalq qrup İrandan müəyyən müddət ərzində təzminatla bağlı danışıqlarda iştiraka hazır olduğunu təsdiqləməsini tələb edib. “Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna XİN-in saytında dərc olunan bəyanatda deyilir. Bildirilir ki, bu gün Kanada, İsveç, Britaniya və Ukrayna nümayəndələrinin daxil olduğu beynəlxalq qrup virtual görüş keçirib. Onlar İranın Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin vurulmasına görə kompensasiyanın müzakirəsi təklifinə verdiyi cavabı müzakirə ediblər və İranı 2022-ci ilin 17 yanvar həftəsi ərzində qrupun iddiaları və tələbləri ilə bağlı məsələləri müzakirə etməyə dəvət edən daha bir sorğu göndəriblər. Şura qeyd edib ki, İran bu problemi konstruktiv və vaxtında həll etməkdə “açıq-aşkar istəksizlik” nümayiş etdirib. Buna görə də İrana müraciətdə qeyd olunur ki, İran tərəfi 2022-ci il yanvarın 5-dək Koordinasiya Qrupu ilə danışıqlarda iştiraka hazır olduğunu təsdiq etməlidir. Əks halda, qrup İranla təzminatların ödənilməsi ilə bağlı danışıqlara dair növbəti cəhdlərin nəticəsiz qaldığı qənaətinə gələcək. "Koordinasiya Qrupu bu problemin beynəlxalq hüquq çərçivəsində həllinin digər yollarını ciddi şəkildə nəzərdən keçirməli olacaq. PS752 reysinin vurulmasından təxminən iki il keçib, lakin İran İslam Respublikası hələ də beynəlxalq hüquqi öhdəliklərin tələblərinə əməl etməkdə maraqlı olmayıb. Koordinasiya Qrupunun səbri tükənmək üzrədir”, - məlumatda deyilir. Xatırladaq ki, 8 yanvar 2020-ci ildə Tehran-Kiyev marşrutu üzrə uçuş həyata keçirən Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb. Boeing 737-nin göyərtəsində olan 176 nəfər ölüb. Onlardan 11-i Ukrayna vətəndaşı, o cümlədən 9 ekipaj üzvü, həmçinin İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olub. Sonradan məlum olub ki, təyyarə iki raketlə vurulub. Bu işə görə hava hücumundan müdafiə sisteminin operatoru günahkar bilinib. Вернуться назад |