Главная > Dünya / Manset > ABŞ-ın Texas ştatında Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib - FOTO
ABŞ-ın Texas ştatında Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib - FOTO11-11-2021, 22:26. Разместил: admin |
ABŞ-ın Hyuston şəhərində Texas ştatında yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb, Koordinasiya şuralarının və “Azərbaycan evləri”nin bu istiqamətdəki əhəmiyyətli rolundan söz açıb, soydaşlarımızı “Azərbaycan evləri”nin fəaliyyətində aktiv iştirak etməyə səsləyib. Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov və Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova da soydaşlarımızı 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və diaspor nümayəndələrinin Şuşa səfərlərinə həsr edilmiş videoçarx nümayiş olunub. Diaspor fəalı Con Teylor pianoçu həyat yoldaşı Təranə Teylorla birlikdə Şuşaya səfər etdiyini bildirib və onlara bu imkanı yaradan Azərbaycan dövlətinə təşəkkür edib. Görüş diaspor nümayəndələrinin ifasında bədii proqramla davam edib. Вернуться назад |