Главная > Dünya > Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir


10-11-2021, 14:23. Разместил: admin
Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir.

“Azadsəs.com” Rusiya mediasına istinadən xəbər verir ki, iclas ilk dəfə olaraq Beynəlxalq Hərbi Mərkəzdə baş tutur.

Görüşü Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıq elan edib. Şoyqu xatırladıb ki, görüş MDB Müdafiə Nazirləri Şurasının 30 illik yubileyi ərəfəsində keçirilir.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.
Вернуться назад