Главная > Dünya / Manset > Müxtəlif koronaviruslara müqavimət göstərə bilən anticism tapılıb

Müxtəlif koronaviruslara müqavimət göstərə bilən anticism tapılıb


4-11-2021, 12:09. Разместил: admin
Amerikalı alimlər müxtəlif koronavirusların, o cümlədən COVID-19-un səbəb olduğu infeksiyaların şiddətini məhdudlaşdıran anticisim müəyyən edib və sınaqdan keçiriblər.

Bu anticism hazırkı epidemiyanı müalicə etmək potensialına malikdir, hətta gələcək epidemiyalarda- digər koronaviruslar heyvan sahiblərindən insanlara keçdikdə də faydalı ola bilər.

Alimlər 2000-ci illərin əvvəllərində atipik pnevmoniyanın yayılmasına səbəb olan orijinal SARS-CoV-1 virusuna yoluxmuş xəstənin və COVID-19 xəstəsinin qanını təhlil edərək anticismi ayırıblar.

İki nəfərdən əldə edilən 1 700 anticismdən tədqiqatçılar həm SARS-CoV-1 virusuna, həm də COVID-19-a səbəb olan SARS-CoV-2-yə bağlanma qabiliyyətinə malik 50 anticism tapıblar.

Əlavə təhlillər göstərib ki, onlardan çarpaz bağlanan anticism xüsusilə güclü olub - o, insanlara yoluxan iki patogendən əlavə, müxtəlif heyvan koronaviruslarına da bağlana bilər.

Bu anticism çox sayda koronavirusu zərərsizləşdirə bilər.
Вернуться назад