Главная > Dünya / Manset > İtaliyada Daş dövrünə aid nadir təsviri sənət əsərləri tapılıb

İtaliyada Daş dövrünə aid nadir təsviri sənət əsərləri tapılıb


18-10-2021, 16:56. Разместил: azadses
İtalyanın Romanelli mağarasında Daş dövrünə aid nadir təsviri sənət əsərləri tapılıb.

“Report” xəbər verir ki, bu barədə “Antiquity” jurnalı məlumat yayıb.

Tədqiqatçılar Homo sapienslərin 14-11 min il bundan əvvəl burada yaşadıqlarını təsbit ediblər.

Qeyd edək ki, ilk dəfə elm adamları mağarada qayaüstü rəsmləri 1905-ci ildə müəyyən ediblər. Ancaq hazırki əhəmiyyətli kəşflər bu gün aşkarlanıb.

Romanelli mağarası haqqında ətraflı araşdırma 2016-cı ildə başlayıb və bu müddət ərzində arxeoloqlar əvvəllər görülməmiş bir neçə divar rəsmlərini sənədləşdiriblər.


Вернуться назад