Главная > Dünya / Manset > Bayden Avropa ölkələrinə səfər edəcək

Bayden Avropa ölkələrinə səfər edəcək


15-10-2021, 08:45. Разместил: azadses
ABŞ prezidenti Co Bayden Avropa ölkələrinə səfər edəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı 29 oktyabr – 2 noyabr aralığında Vatikan, İtaliya və Şotlandiyanı ziyarət edəcək. Prezident Roma Papası ilə görüşün ardından, Böyük İyirmilik sammitində iştirak edəcək.

Daha sonra Bayden BMT-nin İqlim Dəyişikliyi Çərçivə Sazişi tərəflərinin 26-cı Konfransının açılışında iştirak etmək üçün Şotlandiyaya yollanacaq .

Mənbə: TRT


Вернуться назад