Главная > Dünya / Manset > Koronavirus doğumu azaldır

Koronavirus doğumu azaldır


29-09-2021, 12:02. Разместил: azadses
Koronavirus keçirmiş qadınlarda hamilə qalma ehtimalı - o cümlədən süni mayalandırma yolu ilə, azalır.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin qadınların reproduktiv sağlamlığı üzrə baş müstəqil mütəxəssisi Nataliya Dolquşina xəbərdarlıq edib.

“Xəstəlikdən əvvəl və sonra COVID-19 xəstəsi olan xəstələrimizin məlumatlarını təhlil etdik, gördük ki, ağır infeksiya gec reproduktiv yaşda olan qadınlarda (37 yaşdan sonra) ovarial ehtiyatın (follikullarda yumurtalıqların sayı) azalmasına səbəb olur”, - deyə Dolquşina aydınlıq gətirib.

O, əlavə edib ki, süni mayalandırma proseduruna hazırlıq zamanı vaksinasiyanın qadınların immunitet sisteminin əlavə yükləyəcəyi və köçürülən embrionun rədd edilməsinə səbəb ola biləcəyi qorxuları əsassızdır. Mütəxəssis bildirib ki, peyvəndin ikinci komponentinin tətbiqindən iki-üç həftə sonra bu prosedura keçirmək olar, çünki virusa qarşı artıq immunitet yaranacaq.

Doruşina hamiləliyin daha uzun müddətə təxirə salınmasını tövsiyə etməyib, çünki virusa qarşı immunitet qısa müddətli ola bilər.

“Hamiləlikdən bir neçə ay əvvəl vaksinasiya üçün tövsiyələr, qızılca peyvəndi kimi canlı vaksinlərə aiddir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, koronavirus kişilərdə də sonsuzluq problemi yarada bilər.


Вернуться назад