Главная > Dünya / Manset > "Morningstar": "Peyvənd istehsalçıları üçüncü dozadan milyardlar qazanacaqlar"

"Morningstar": "Peyvənd istehsalçıları üçüncü dozadan milyardlar qazanacaqlar"


26-09-2021, 11:21. Разместил: azadses
"Pfizer" şirkəti 2022-ci ildə koronavirus peyvəndinin üçüncü dozasının satışından 26 milyard ABŞ dolları əldə edə bilər.

"Report"un xəbərinə görə, bu barədə "Morningstar" maliyyə şirkətinin proqnozunda deyilir.

Şirkətin builki satış proqnozu 4 milyard dollardır.

Digər peyvənd istehsalçısı "Moderna" isə bu il 2 milyard, gələn il 14 milyard ABŞ dolları qazana bilər.

Eyni zamanda, "Morningstar" analitikləri hesab edir ki, ölkələr üçüncü dozanı təsdiqlədikcə, gələn il satışlar əhəmiyyətli dərəcədə arta bilər.


Вернуться назад