Главная > Dünya / Manset > Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir


19-09-2021, 07:52. Разместил: azadses
Sentyabrın 17-dən 19-dək Rusiyada müxtəlif səviyyəli seçkilər keçirilir.

Ölkə vətəndaşları VIII çağırış Dövlət Dumasının deputatlarını, doqquz subyektin rəhbərini (digər üç bölgədə ən yüksək inzibati şəxsləri qanunverici məclislərin deputatları seçəcək) və 39 regional parlamenti seçməli olacaqlar.

Bu günlərdə bələdiyyə seçkiləri də keçirilir.

Seçki məntəqələri yerli vaxtla 8:00-dan 20:00-dək işləyəcək.

Əsas səsvermə günü sentyabrın 19-na təyin edilib.

Mənbə: TASS


Вернуться назад