Главная > Dünya / Manset > Ermənistanda çavuşun ölümü və əsgərin yaralanması ilə bağlı bir hərbçi saxlanılıb

Ermənistanda çavuşun ölümü və əsgərin yaralanması ilə bağlı bir hərbçi saxlanılıb


15-09-2021, 19:20. Разместил: azadses
Ermənistan ordusunun hərbçisi, 1978-ci il təvəllüdlü çavuş Mkrtiç Ovakimyanın ölümü ilə bağlı onun əsgər yoldaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edək ki, hadisə sentyabrın 13-də, saat 22 radələrində ölkənin cənub-şərqindəki hərbi hissədə baş verib. M.Ovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. O, sonradan vəfat edib.

Hadisə təlim zamanı baş verib və daha bir hərbçi - İrəvan sakini, 36 yaşlı Leon S. yaralanıb.

Onların əsgər yoldaşı bir hərbçinin ölümcül yaralanması və başqasının xəsarət alması faktı üzrə saxlanılıb. Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə (döyüş növbəsi və ya döyüş xidmətinin icrası qaydaların pozulması) üzrə cinayət işi qaldırılıb. İbtidai istintaq davam edir.

Xatırladaq ki, avqustun 25-dən etibarən Ermənistanda ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə üç aylıq hərbi təlim keçirilir. Ehtiyatda olan hərbçilər sentyabrın 10-dan təlimləri döyüş mövqelərində davam etdiriblər.


Вернуться назад