Главная > Dünya / Manset > Bolqarıstanda bu il üçüncü dəfə parlament seçkisi keçiriləcək
Bolqarıstanda bu il üçüncü dəfə parlament seçkisi keçiriləcək8-09-2021, 12:16. Разместил: azadses |
Bolqarıstanda hökumət böhranı davam edir. İyulun 11-də keçirilən ikinci növbədənkənar parlament seçkilərinin ardından formalaşan 46-cı Milli Məclisdə Bolqarıstan Sosialist Partiyasının da hökuməti qurmaq səyləri nəticəsiz qalıb. 240 nəfərlik qanunverici orqanda təmsil olunan partiya fraksiyası hökumət formalaşdırma səlahiyyətini ölkə prezidenti Rumen Radevə təhvil verib. Belə olan halda partiya lideri Kornelya Ninova və dövlət başçısı ölkənin artıq bu il ərzində üçüncü dəfə növbədənkənar seçkiyə getməyə məcbur qaldığını bildirib. Qeyd edək ki, bundan öncə də keçmiş Baş nazir Boyko Borisovun “Vәtәndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” və şoumen Slavi Trifonovun “Belə bir xalq var” partiyalarının hökumət qurma cəhdləri uğursuz olub. Xatırladaq ki, Bolqarıstanda aprelin 4-ü və iyulun 11-də iki parlament seçkisi keçirilib. Вернуться назад |