Главная > Dünya / Manset > Estoniya parlamenti ölkə prezidentini seçə bilmədi
Estoniya parlamenti ölkə prezidentini seçə bilmədi31-08-2021, 09:44. Разместил: azadses |
![]() Qanunverici orqanın mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifəyə yalnız bir namizəd var. Bu, Estoniya Milli Muzeyinin rəhbəri Alar Karisdir. Prosedura əsasən, onun prezident vəsifəsinə təsdiq olunması üçün deputatlardan 2/3-nin, yəni 101 millət vəkilindən 68-nin səsi tələb olunur. Dünənki iclasda isə cəmi 79 nəfər iştirak edib ki, onlardan da yalnız 63-ü Karisin namizədliyini dəstəkləyib. Səsvermə üzrə ikinci cəhdin bu gün baş tutacağı bildirilib. Mənbə: “RİA Novosti” Вернуться назад |