Главная > Dünya > İran prezidenti ABŞ-ı ittiham etdi: “Bura Nyu-York və ya Vaşinqton deyil”
İran prezidenti ABŞ-ı ittiham etdi: “Bura Nyu-York və ya Vaşinqton deyil”29-04-2020, 16:26. Разместил: azadses |
İran Prezidenti Həsən Ruhani ABŞ-ı Fars körfəzindəki vəziyyəti gərginləşdirməkdə ittiham edib. “İnterfax” agentliyi xəbər verir ki, bu barədə H.Ruhani brifinqdə çıxışı zamanı danışıb. “Amerikalılar bilməlidir ki, bura Fars körfəzidir, Nyu-York və ya Vaşinqton deyil. Onlar anlamalıdırlar ki, xalqımız min illər ərzində bu körfəzi müdafiə edib. İran xalqına qarşı onlar bədnam planlar qurmaqdan əl çəkməlidirlər”, - deyə H.Ruhani söyləyib. Qeyd edək ki, rəsmi Pentaqon İrana məxsus 11 gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərinə yaxınlaşmasını təxribat kimi qiymətləndirib. Вернуться назад |