Главная > Dünya / Manset > Kanadada növbədənkənar seçkilər təyin olunub

Kanadada növbədənkənar seçkilər təyin olunub


16-08-2021, 11:04. Разместил: azadses
Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.

TASS xəbər verir ki, bunu ölkənin baş naziri Castin Tryüdo videoçıxışı zamanı bəyan edib.

Baş nazir bildirib ki, Kanada general-qubernatoru onun parlamentin buraxılmasına dair xahişini qəbul edib.

Tryüdo qeyd edib ki, sentyabrın 20-də Kanada sakinləri yeni parlamenti seçmək üçün sandıq başına keçəcəklər.


Вернуться назад