Главная > Dünya / Manset > Almaniya “AstraZeneca” peyvəndlərini yoxsul ölkələrə bağışlayacaq
Almaniya “AstraZeneca” peyvəndlərini yoxsul ölkələrə bağışlayacaq10-08-2021, 13:09. Разместил: azadses |
Almaniya 1,3 milyon dozalıq “AstraZeneca” peyvəndini aşağı gəlirli ölkələrə bağışlayacaq. Bunu ölkə hökumətinin sözcüsü Ulrike Demmer mətbuat konfransı zamanı bəyan edib. O, qeyd edib ki, artıq vaksinlərin BMT-nin COVAX proqramı çərçivəsində Sudan, Efiopiya, Əfqanıstan, Tacikistan, Özbəkistan kimi ölkələrə çatdırılmasına başlanılıb. Məlumat üçün bildirək ki, Almaniya bugünədək 18 milyon doza “AstraZeneca” peyvəndi əldə edib. Вернуться назад |