Главная > Dünya / Manset > BƏƏ İsraildə səfirlik açdı
BƏƏ İsraildə səfirlik açdı15-07-2021, 12:47. Разместил: azadses |
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) israilin paytaxtı Təl-Əvivdə səfirlik açıb. “RİA Novosi” xəbər yayır ki, mərasimdə İsrailin yeni Prezidenti İsaak Herzoq da iştirak edib. “İsrailin prezidenti olduğum dövrdə BƏƏ-nin İsraildəki səfirliyinin bu tarixi açılışında iştirak etmək fürsətinə sahib olduğum üçün çox xoşbəxtəm. Biz mümkünsüzü mümkün hala gətirdik”, - deyə Herzoq mərasim zamanı bildirib. Sonra təntənəli şəkildə lent kəsilib, İsrail prezidenti və BƏƏ-nin səfiri əl sıxışıblar. Qeyd edək ki, iyun ayının sonunda İsrailin Əbu-Dabidəki səfirliyinin açılış mərasimi keçirilib və İsrailin Dubayda baş konsulluğu açılıb. Вернуться назад |