Главная > Dünya / Manset > ABŞ Azərbaycandan itlərin gətirilməsinə qadağa qoyub

ABŞ Azərbaycandan itlərin gətirilməsinə qadağa qoyub


14-07-2021, 18:26. Разместил: azadses
İyulun 14-dən etibarən quduzluğun yayılma təhlükəsi ilə əlaqədar ABŞ-a itlərin gətirilməsinə müvəqqəti qadağa qoyulub.

Bu barədə məlumat ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında dərc edilib.

Qadağanın tətbiq edildiyi ölkələrin siyahısında Azərbaycanın, Rusiyanın, Ermənistanın, Belarusun, Gürcüstanın, Qazaxıstanın, Qırğızıstanın, Moldovanın, Tacikistanın, Özbəkistanın, Ukraynanın adı var.

Bundan əlavə, qadağa həmçinin Asiya, Afrika, Latın Amerikası ölkələrinə də aiddir.

Amerikalı mütəxəssislər yuxarıda qeyd olunan ölkələrdə itlərin quduzluq xəstəliyinə yoluxma riskinin yüksək olduğu qənaətindədirlər.


Вернуться назад