Главная > Dünya / Manset > Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı

Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı


1-07-2021, 17:01. Разместил: azadses
Rusiyada koronavirusdan bir gündə 669 nəfər ölüb.

“İnterfax” xəbər verir ki, bu, pandemiya başlayandan ən yüksək göstəricidir.

Sutkalıq yoluxma 21 042 nəfər təşkil edib.

Ən çox ölüm Moskva (117 nəfər) və Sankt-Peterburqda (111 nəfər) qeydə alınıb.

Xatırladaq ki, koronavirusun həm “Delta”, həm də “Delta+” ştammları tapılan Rusiyada ötən gün koronavirusdan ölüm sayı 652 olub.


Вернуться назад