Главная > Dünya / Manset > Supermarketdə təsadüfən rastlaşan qızlar əkiz bacı olduqlarını öyrəndilər - FOTO
Supermarketdə təsadüfən rastlaşan qızlar əkiz bacı olduqlarını öyrəndilər - FOTO30-06-2021, 11:12. Разместил: azadses |
Bir-birlərinin varlığından xəbəri olmayan əkiz bacılar supermarketdə rastlaşdıqdan sonra həqiqəti öyrəniblər. Malayziyada baş verən əhvalat barədə “New Straits Times” xəbər verib. Bildirilir ki, Adriani və Adriana İvana adlı qızlar 19 il əkiz bacı olduqlarını hesab ediblər. Onların görünüşü fərqli olsa da, bunu ayrı yumurta əkizləri olması ilə izah ediblər. Adriani və Adriana Hələ uşaq ikən Adriani motivasiya düşərgəsində olanda başqa məktəbdən olan qızlar onların sinfində Noratira adlı bir qızın oxuduğunu və eynilə ona oxşadığını deyiblər. Yeni tanışları sosial şəbəkədən həmin qızın şəklini də göstəriblər və Adrianinin özü oxşarlıqdan heyrətə düşüb. Evə qayıtdıqda o, fotonu vavlideynlərinə göstərib, lakin onlar bu məsələni ciddiyə almayıblar. Üstündən illər keçdikdən sonra Kota-Baru şəhərində supermarketlərdən birində bayram tədbiri zamanı Adriani həmin qızı görüb. “İkimiz də heyrətə düşmüşdük. Ağzımız açıq halda bir-birimizə baxırdıq”, - deyə Adriani Noratira ilə ilk görüşünü xatırlayır. Sonradan qızların eyni gündə dünyaya gəldiyi məlum olur. Nəticədə qızlar DNT testindən keçmək qərarına gəlirlər. Analizin nəticələri dəhşətli həqiqəti ortaya çıxarıb. Məlum olur ki, əslində bu qızlar əkizdir, Adriana isə Noratiranı böyüdən ailənin övladıdır (Onlar 2018-ci ildə vəfat ediblər). Ehtimal ki, doğum evində tibb bacıları körpələrin qolundakı birkaları dəyişik salıblar, bundan sonra onlar fərqli ailəyə düşüblər. Həqiqət ortaya çıxdıqdan sonra Noritara yeni ailəsi ilə yaşayır. Adrianaya gəldikdə isə ata-anası hesab etdiyi insanlar həqiqətin nə olmasından asılı olmayaraq onu öz övladları saydıqlarını bildiriblər. Вернуться назад |