Главная > Dünya / Manset > ABŞ və Rusiya arasında strateji sabitlik üzrə danışıqlar başlayır

ABŞ və Rusiya arasında strateji sabitlik üzrə danışıqlar başlayır


23-06-2021, 09:04. Разместил: azadses
Ən yaxın zamanda rəsmi Moskva və Vaşinqton arasında strateji sabitlik üzrə danışıqlara start veriləcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov məlumat verib.

O, bildirib ki, tezliklə danışıq aparacaq heyətlər arasında məsləhətləşmələr keçiriləcək.

Nazir müavinin sözlərinə görə, Rusiya danışıqların ilkin mərhələsində tərəfləri narahat edən məsələlər, növbəti mərhələdə isə onların həlli yolları barədə müzakirələr aparmağı təklif edib.


Вернуться назад