Главная > Dünya / Manset > Fransada komendant saatı və açıq havada maska tələbi ləğv edilir

Fransada komendant saatı və açıq havada maska tələbi ləğv edilir


17-06-2021, 09:28. Разместил: azadses
Fransada 21 iyundan etibarən sanitariya şəraitinin yaxşılaşması səbəbindən komendant saatı ləğv ediləcək.

TASS agentliyi xəbər verir ki, bu sözləri Fransanın Baş naziri Jan Kasteks ölkənin müdafiə şurası və hökumət üzvlərinin iştirakı ilə təşkil olunan iclasda bəyan edib.

Fransanın Baş naziri vurğulayıb ki, hazırda ölkə ərazisində 23:00-dan 06:00-a qədər qüvvədə olan komendant saatı, bazar ertəsi gecəsi(21 iyun) ləğv ediləcək.

Hökumət başçısı həmçinin qeyd edib ki, nazirlər kabineti küçədə məcburi maska taxmaq barədə qərarın ləğv edilməsinə dair qərar verəcək.

Hökumətin bu qərarı xüsusən, AVRO-2020-də Almaniya üzərində qazanılan qələbədən sonra azarkeşlərin maska tələbinə məhəl qoymayaraq qələbə sevincini qeyd etmək üçün küçələrə axışmasından sonra aktuallaşıb.

Fransanın Baş naziri həmçinin ölkə əhalisini koronavirus əleyhinə vaksinasiya prosesinə daha fəal şəkildə iştiraka səsləyib.


Вернуться назад