Главная > Dünya > Universitetin müəllimlərini və tələbələrini daşıyan avtobus partladıldı

Universitetin müəllimlərini və tələbələrini daşıyan avtobus partladıldı


30-05-2021, 16:26. Разместил: azadses
Əfqanıstanın Pərvan vilayətində universitetin tələbələrini və müəllimlərini daşıyan avtobusunun partladılması nəticəsində dörd nəfər ölüb, azı 13 nəfər yaralanıb.

Xəbəri “Tolo News” portalı yayıb.

İlkin məlumata əsasən, ölən və yaralananlar Alberoni Universitetinin müəllimləridir.

Yerli mətbuat partlayışın baş verdiyi vaxta avtobusda tələbələrin də olduğunu yazıb.

Hadisə yerində həkimlər və polis əməkdaşları işləyir. Bu saata qədər heç bir terror qruplaşması partlayış üçün məsuliyyəti öz üzərinə götürməyib.


Вернуться назад