Главная > Dünya / Manset > ABŞ Türkiyəyə S-400 üçün alternativ təklif edib

ABŞ Türkiyəyə S-400 üçün alternativ təklif edib


29-05-2021, 09:34. Разместил: azadses
ABŞ Türkiyənin əldə etdiyi Rusiya istehsalı S-400 zenit-raket kompleksinə dair rəsmi Ankaraya alternativ təqdim edib.

Bunu “CNN Türk”ə müsahibəsində ABŞ Dövlət Katibinin müavini Uendi Şerman bəyan edib.

“S-400-lərin əldə edilməsi NATO alyansında problemlər yaradır. Biz alternativ təqdim etdik. Onlar nə etməli olduğunu dəqiq bilir. Ümid edirəm ki, ümumi çıxış yolu tapa biləcəyik”, - deyə Şerman bildirib.

O, hansı alternativdən söhbət getdiyini dəqiqləşdirməyib.


Вернуться назад