Главная > Dünya > Çin qırmızı planeti araşdırır

Çin qırmızı planeti araşdırır


23-05-2021, 14:56. Разместил: azadses
Çinin “Zhuzhong” roveri eniş platformasından çıxaraq Mars planetinin tədqiqinə başlayıb.

“Sinhua” xəbər agentliyi bu barədə Çinin Milli Kosmik Administrasiyasına istinadən xəbər yayır.

Cihaz planetin səthinin maddi tərkibi haqqında məlumatı, onun yeraltı strukturu və maqnit sahəsini müəyyənləşdirəcək, həmçinin ətraf meteoroloji vəziyyəti müşahidə edəcək.

Qeyd edək ki, mayın 15-də Marsın araşdırılması üçün Çinin “Tianwen-1” zondu planetin səthinə uğurlu eniş edib.


Вернуться назад