Главная > Dünya / Manset > “Boko Haram”ın lideri öldürülüb
“Boko Haram”ın lideri öldürülüb22-05-2021, 08:28. Разместил: azadses |
![]() Bu barədə “Daily Nigerian” yerli kəşfiyyat orqanlarına istinadən məlumat yayıb. Məlumata əsasən, terrorçunun mayın 19-da Nigeriyanın şimal-şərqində İŞİD qüvvələrilə gedən döyüşlər zamanı həlak olduğu bildirilib. Kəşfiyyat xidmətindən yayılan xəbərlərə görə, Şekaunun ölümünün canlı şahidləri də mövcuddur. Terrorçu liderin öz iqamətgahında İŞİD-çilər tərəfindən mühasirəyə alındığı və təslim olmaqdan imtina etdiyi qeyd olunub. Xatırladaq ki, bunadək Nigeriya xüsusi xidmətləri artıq dörd dəfə Şekaunun öldürüldüyünü bəyan edib. Вернуться назад |