Главная > Dünya > Hindistanda yoluxma artır: Dörd ştatda qapanma tətbiq edildi

Hindistanda yoluxma artır: Dörd ştatda qapanma tətbiq edildi


11-05-2021, 09:01. Разместил: azadses
Hindistanda koronavirusun kəskin artması səbəbilə Tamil Nadu, Racəstan, Pondiçeri və Karnataka ştatlarında qapanma tətbiq edilib.

“Times of India” qəzetinin yazdığına görə, qapanma 24 may tarixinədək davam edəcək.

Birlik ərazisi Dehli ilə Uttar Pradeş və Haryana ştatlarında başlayan qapanma 17 may tarixinə qədər uzadılıb, Uttarakand ştatında sabahdan 18 may tarixinə qədər küçəyə çıxma qadağası tətbiq ediləcək.

Ümumilikdə Hindistanda qapanma olmasa da, sözügedən tədbirlərlə qadağalar ölkənin əksər hissəsində, xüsusilə də yoluxma hadisələrinin sıx olduğu ştatlarda həyata keçiriləcək.

Qeyd edək ki, son günlərdə ardıcıl anti-rekord yeniləyən Hindistan 22 662 575 yoluxma ilə ABŞ-dan sonra ikincidir.


Вернуться назад