Главная > Dünya / Manset > Hindistanda 18 yaşdan yuxarı hamı koronavirusa qarşı peyvənd olunacaq
Hindistanda 18 yaşdan yuxarı hamı koronavirusa qarşı peyvənd olunacaq21-04-2021, 14:00. Разместил: azadses |
Hindistanda koronavirusa qarşı peyvənd kampaniyasına 18 yaşdan yuxarı hər kəsin daxil edilməsinə qərar verilib. Hindistan Səhiyyə Nazirliyinin açıqlamasına görə, Baş nazir Narendra Modinin rəhbərliyi ilə keçirilən iclasda koronavirusun ikinci dalğası ilə mübarizə üçün atılacaq addımları özündə cəmləşdirən “Milli COVID-19 Strategiyası” təyin edilib. Qeyd edək ki, Hindistanda 16 yanvarda başladılan peyvənd kampaniyası əvvəlcə səhiyyə işçilərini, daha sonra 45 yaşdan yuxarı şəxsləri əhatə edib. Hindistan ABŞ və Çindən sonra dünyada əhalisi ən çox peyvənd edilən üçüncü ölkə hesab edilir. Вернуться назад |