Главная > Dünya > Texasda baş verən atışmada üç nəfər ölüb

Texasda baş verən atışmada üç nəfər ölüb


19-04-2021, 17:00. Разместил: azadses
Texas ştatının Ostin şəhərində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində üç nəfər ölüb.
Bu barədə CNN xəbər verir.
Ostin şəhəri üzrə tibbi idarəsi hadisə yerində üç meyitin aşkarlanması ilə bağlı məlumat alıb.
Artıq cinayətin baş verdiyi əraziyə polislər gəlib. Yerli sakinlərə evlərini tərk etməmək tapşırılıb.
Atışmanın hansı səbəbədən baş verdiyi məlum deyil.

Вернуться назад