Главная > Dünya / Manset > Öldüyü evdən cəsədini doqquz il sonra tapdılar

Öldüyü evdən cəsədini doqquz il sonra tapdılar


11-04-2021, 09:30. Разместил: azadses
Norveçin Oslo şəhərində qan donduran hadisə baş verib.
“The Guardian” Norveç polisinin açıqlamasına istinadən xəbər verir ki, yaşayış binasından doqquz il əvvəl ölən kişinin cəsədi tapılıb.
60 yaşlarında adı açıqlanmayan şəxsin olməsini bu illər ərzində heç kim bilməyib.
İşin qəribə tərəfi ondan ibarətdir ki, mərhum iki dəfə evli olub və hər evlilikdən də övladı var imiş.
Qonşuları onu uzun müddət görmədiklərinə görə, hansısa tanışının evinə və ya Qocalar evinə yerləşdiyini düşünüblər.
Kişinin cəsədi binanın təmiri zamanı tapılıb. Polis onun 2011-ci ilin aprel ayında öldüyünü müəyyən edib. Bu tarix evdəki süd qutusu üzərindəki son istehsal tarixi və gələn bir məktub vasitəsilə aşkarlanıb. Ekspertiza zamanı həmin şəxsin təbii səbəblərdən öldüyü bəlli olub.
Onun kommunal xərcləri bank hesabından avtomatik ödənibmiş.

Вернуться назад