Главная > Dünya / Manset > Braziliyada siyasi böhran başladı

Braziliyada siyasi böhran başladı


1-04-2021, 09:30. Разместил: azadses
Braziliyada koronavirus pandemiyası ilə əlaqədar siyasi böhran başlayıb.
Bu barədə BBC News xəbər verir.
Bildirilir ki, ölkədə qeydə alınan yoluxma və ölüm sayına görə dövlət başçısı Jair Bolsonaronun reytinqləri aşağı düşüb.
Braziliyalıların 43 faizi ölkədə pandemiyanın tüğyan etməsində günahkarın Bolsonaro olduğuna inanır. O, koronavirus təhlükəsini davamlı olaraq rədd edib və əhalini epidemiya səbəbi ilə şikayət etməməyə çağırıb.
Lakin o, 2021-ci ilin yazına qədər fikrini dəyişib və əhalinin tam peyvənd olunması üçün çağırış edib. Hazırda braziliyalıların yalnız 8 faizi peyvənd olunub.
Eyni zamanda, yüksək səviyyəli dövlət xadimləri Bolsonaroya qarşı çıxış ediblər: Səhiyyə naziri bu yaxınlarda pandemiyanın başlanmasından bəri dördüncü dəfə dəyişdirilib, Xarici İşlər və Müdafiə nazirləri istefa verib, Ordu, Donanma və Hava Qüvvələrinin komandanları prezidentə qarşı çıxış ediblər.

Вернуться назад