Главная > Dünya / Manset > Qreta Tunberqə qoyulan heykəl narazılıqla qarşılanıb

Qreta Tunberqə qoyulan heykəl narazılıqla qarşılanıb


1-04-2021, 08:00. Разместил: azadses
Böyük Britaniyada Vinçester Universitetinin yaxınlığında 18 yaşlı isveçli eko-fəal Qreta Tunberqə heykəl qoyulub.
Bu barədə BBC məlumat yayıb.
Lakin bu hadisə Vinçester Universitetinin tələbələrinin narazılığı ilə qarşılanıb.
Universitetin tələbə heyəti heykələ 24 min funt sterlinq vəsaitin (56 min manat) xərclənməsini israfçılıq kimi qiymətləndirib.
Onlar xüsusən koronavirus pandemiyasının fonunda tələbələrin maddi dəstəyə ehtiyacının olduğu bir vaxta heykələ böyük məbləğdə pul xərcləməyi yolverilməz olduğunu düşünürlər. 

Вернуться назад