Главная > Dünya / Manset > ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub, xəsarət alanlar var

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub, xəsarət alanlar var


24-03-2021, 09:00. Разместил: azadses
ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.
Bu barədə “Al-Mayadeen” telekanalı xəbər verib.
Məlumata görə, atəş nəticəsində ABŞ-ın bir neçə hərbi qulluqçusu xəsarət alıb.
“Deyr-ez-Zorun şimalındakı Amerika bazasına naməlum istiqamətdən raketlər atılıb. Atəş Amerikanın bir neçə hərbçisinin xəsarət almasına səbəb olub”, - telekanalın xəbərində deyilir.
Pentaqon hələlik bu məlumatı şərh etməyib.

Вернуться назад