Главная > Dünya / Manset > Süleyman Soylu: Türkiyədə 26 terror hadisəsinin qarşısı alınıb

Süleyman Soylu: Türkiyədə 26 terror hadisəsinin qarşısı alınıb


19-03-2021, 15:00. Разместил: azadses
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə terrorla mübarizə sahəsində əldə olunan nailiyyətlərdən danışıb.
“Anadolu” Agentliyindən verilən məlumata görə, nazir bu ilin ilk aylarında ölkədə 26 terror hadisəsinin qarşısının alındığını bildirib.
“İlin əvvəlindən etibarən 26 terror aktının qarşısı alınıb. Özü də onlardan biri bu günə təsadüf edir”, - deyə S.Soylu bəyan edib.
Onun sözlərinə görə, ötən il ərzində DİN 152 terror cinayətinin reallaşdırılmasına imkan verməyib.
S.Soylu əlavə edib ki, ilin əvvəlindən bugünədək 121 PKK terrorçusu zərərsizləşdirilib.

Вернуться назад