Главная > Dünya / Manset > İordaniyada oksigen çatmazlığından ölənlərin sayı artdı
İordaniyada oksigen çatmazlığından ölənlərin sayı artdı16-03-2021, 11:00. Разместил: azadses |
Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Bildirilir ki, həmin şəxslər hamısı koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilib. Şənbə günü altı, bazar günü üç nəfər ölüb. Dövlət İnformasiya naziri Sakhr Dudin Ammanda təşkil etdiyi mətbuat konfransında deyib ki, səlahiyyətlilər oksigenin niyə kəsildiyini araşdıraraq xəstəxananın baş həkimini və dörd tibb işçisini nəzarətə götürüblər. Əs-Salt xəstəxanasında xəstələrin ölümü kəskin narazılığa səbəb olub və bu vəziyyəti müzakirə etmək üçün parlament təcili toplanıb. Səhiyyə naziri Nazir Obeydatın istefasını təsdiqləyən Kral II Abdullah şəxsən xəstəxanaya gələrək ölən xəstələrin yaxınlarına başsağlığı verib. Вернуться назад |