Главная > Dünya > Sosiskadan götürülən DNT ilə doqquz il əvvəlki soyğunun üstü açıldı
Sosiskadan götürülən DNT ilə doqquz il əvvəlki soyğunun üstü açıldı13-03-2021, 16:00. Разместил: azadses |
DHA xəbər verir ki, hadisə şimali Ren-Vestfaliya əyalətində baş verib. 30 yaşlı Albaniya vətəndaşı 2012-ci ilin mart ayında oğurluq üçün getdiyi evdə mənzil sahibinə aid sosiskanı dişləyib və onu hadisə yerində qoyub. İllərlə sosiskadan əldə edilən DNT nümunəsinə uyğun nümunə əldə edilməyib. Nəhayət Fransada güc tətbiq etmə ilə bağlı nəzarətə alınan şəxsdən götürülən nümunələr uyğun gəlib və Fransa polisi Almaniya polisinə bu barədə məlumat verib. Nəticədə doqquz ildən sonra cinayətin üstü açılıb. Вернуться назад |