Главная > Dünya > Qırğızıstanda Konstitusiya referendumu keçiriləcək

Qırğızıstanda Konstitusiya referendumu keçiriləcək


13-03-2021, 12:00. Разместил: azadses
Qırğızıstan prezidenti Sadır Japarov ölkədə Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsinin keçirilməsi barədə fərman imzalayıb.
TASS xəbər verir ki, sənədə əsasən səsvermənin aprelin 11-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Konstitusiyaya dəyişikliklər ölkədə prezident hakimiyyətinin möhkəmləndirilməsini nəzərdə tutur. Yeniliklərə əsasən, ölkə hökuməti strukturu və tərkibi prezident tərəfindən müəyyən edilən nazirlər kabineti ilə əvəz olunacaq. Kabinetə prezident administrasiyasının rəhbəri başçılıq edəcək. Prezident parlament seçkiləri təyin etmək və fövqəladə hal tətbiq etmək hüququ qazanacaq. Bununla yanaşı, yerli icra hakimləri də məhz dövlət başçısı tərəfindən təyin olunacaq.
Konstitusiyaya dəyişikliklər nəticəsində parlamentdəki deputatların sayı az qala, iki dəfə azaldılacaq. Növbəti seçkilərdə onlar həm majoritar, həm də proporsional sistemlə seçiləcəklər. Parlamentlə bərabər, ölkədə qanunverici təşəbbüsə sahib xalq qurultayı yaradılacaq.
Xatırladaq ki, dünən Qırğızıstan parlamenti ümumxalq səsverməsinin keçirilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Вернуться назад