Главная > Dünya > Corc Floyd işində məhkəmə binası ətrafında 500 min dollarlıq divar inşa olunacaq

Corc Floyd işində məhkəmə binası ətrafında 500 min dollarlıq divar inşa olunacaq


8-03-2021, 09:00. Разместил: azadses
ABŞ-ın Minneapolis ştatı Corc Floydun işi üzrə keçiriləcək mühakimə prosesi zamanı məhkəmə əməkdaşlarının və şəhər sakinlərinin qorunması üçün nəzərdə tutulan tədbirlərə 1 milyon dollar vəsait xərcləyəcək.
Bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Bu məbləğin yarısının məhkəmə binası ətrafında mühafizə divarının inşasına sərf olunacağı bildirilib. Divar proses zamanı onun iştirakçılarını etirazçıların mümkün həmlələrindən qorumaq məqsədilə inşa olunacaq.
Vəsaitin yerdə qalan hissəsinin isə polis məntəqələrinin gücləndirilməsinə yönəldiləcəyi qeyd olunur. Belə ki, proses zamanı şəhərdə iğtişaşlar gözlənilir.

Вернуться назад