Главная > Dünya > Dünya bazarlarında neft ucuzlaşır
Dünya bazarlarında neft ucuzlaşır19-02-2021, 10:35. Разместил: azadses |
Cümə günü Asiya bazarlarında etalon markalı neftlərin qiymətləri azalmağa davam edir. Analitiklərin fikrincə, bu, ABŞ-da şiddətli soyuqlar səbəbindən tədarükünün kəsilməsi ilə bağlı dəstəyin azalması ilə bağlıdır. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti cümə günü Bakı vaxtı ilə səhər saat 09:25-də 63,18 dollar/barel təşkil edib. Bu da öncəki sessiyanın bağlanış qiymətindən 0,75 ABŞ dolları (1,17%) azdır. Fevralın 18-də baş tutan ticarət əməliyyatları nəticəsində isə bu müqavilələr 0,41 ABŞ dolları (0,6%) azalaraq bir barel üçün 63,93 ABŞ dolları olmuşdu. Nyu York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin mart fyuçerslərinin qiyməti göstərilən vaxtda 59,65 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü bazarın bağlanışındakı səviyyədən 0,87 ABŞ dolları (1,44%) azdır. Cümə axşamı fyuçerslər 0,62 ABŞ dolları (1%) azalaraq bir barel üçün 60,52 ABŞ dolları səviyyəsinə düşüb. “Treyderlər istirahət günlərindən əvvəl mənfəət götürməyə çalışırlar ki, bu da qiymətləri aşağı salır”, - “S&P Global Platts” “Fat Prophets”in xammal üzrə analitiki Devid Lennoksdan sitat gətirib. “MarketWatch” isə yazır ki, bazara OPEC+ ölkələrinin hasilatı artırmaq ehtimalı da təzyiq göstərir. Xatırladaq ki, bu həftə neft qiymətləri keçən ilin yanvar ayından bəri ən yüksək səviyyəyə qalxmışdı. Bu isə OPEC+ üçün hasilatı aprel ayından etibarən artırmağa stimul ola bilər. “Dow Jones” çərşənbə günü könüllü olaraq fevral-mart aylarında neft hasilatını gündəlik 1 milyon barel azaltmağı öhdəsinə götürən Səudiyyə Ərəbistanının yaxın aylarda hasilatı artırmağı planlaşdırdığını bildirib. Eyni zamanda “Bloomberg” İraqın fevralın ilk yarısında ixracı artırdığını yazıb. “İraqda hasilatın artması və Texasda isə enerji təminatının bərpası ümidləri neft qiymətlərinə birbaşa təsir edib. Amma bazarda yüksəliş meyli hələ bitməyib”, - “Price Futures Group”un böyük bazar analitiki Fil Flinn deyib. Dünən ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatlarında ardıcıl dördüncü həftə azalma olduğunu göstərən məlumatları dərc etməsindən sonra neft bazarı itkilərin bir hissəsinin “əvəzini çıxıb”. Nazirliyin həftəlik hesabatına əsasən, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları keçən həftə 7,26 milyon barel azalıb. Вернуться назад |