Главная > Dünya > Türkiyə terror dəhlizi məhv etdi, ancaq... - Ağar

Türkiyə terror dəhlizi məhv etdi, ancaq... - Ağar


15-02-2021, 09:04. Разместил: azadses
Türkiyə ordusu cənub sərhədlərində terror dəhlizinin yaradılmasının qarşısını aldı. Bunu bacardıq, ancaq daha içəridə terror dövlətini əngəlləyə bildikmi?

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar ölkə mətbuatına açıqlamasında deyib.

“Burada 130 min nəfərlik bir quruluş mövcuddur. Bunlardan 10 mini PKK-nın “dağ kadrları”ndan ibarətdir. ABŞ iddia edir ki, bu terrorçulardan İŞİD-ə qarşı istifadə edir. Suriyada həm ABŞ, həm Rusiya Türkiyə ilə əldə olunan razılaşmaya riayət etmir. Hər ikisi də PKK-YPG-ni qoruyur”, - Ağar bildirib.

Ekspert qeyd edib ki, terror dəhlizinin tamamilə məhv ediləcəyi yer Sincar dağıdır:

“Əgər bunu bacarsaq həqiqətən də terror dəhlizi tamamilə məhv edilmiş sayılacaq”.

Вернуться назад