Главная > Dünya > Yaponiyada zəlzələ zamanı xəsarət alanların sayı 153 nəfərə çatdı
Yaponiyada zəlzələ zamanı xəsarət alanların sayı 153 nəfərə çatdı15-02-2021, 08:58. Разместил: azadses |
Ötən şənbə Yaponiyanın Honsü adasının Fukusima prefekturasında 7,3 bal gücündə baş vermiş zəlzələ zamanı azı 12 nəfər ağır xəsarətlər alıb. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının büdcə komissiyasında müzakirələri zamanı ölkənin baş naziri Yosihide Suqa bildirib. Onun sözlərinə görə, təbii hadisə zamanı zərər çəkənlərin ümumi sayı 153 nəfərə çatıb, həlak olan yoxdur. "Mənə 12 insanın ağır travmalar aldığını, 141 nəfərin xəsarətlərinin nisbətən yüngül olduğunu bildirdilər", - baş nazir deyib. Hökumət rəhbərinin sözlərinə görə, dəmir yolunun zərər çəkmiş sahələrindən birində qatarların hərəkəti ləğv edilib. Zəlzələ səbəbindən yaranmış uçqun Honsü adasının şimal-şərqində avtomobil şosesinə ziyan vurub. "Hökumət zərər çəkmiş ərazidə normal həyatı mümkün qədər tez bərpa etmək üçün lazımi köməyi göstərir”, - baş nazir əlavə edib. Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,13 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Fukusima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib. Ölkənin Milli Meteorologiya İdarəsi həftə ərzində bir neçə yeraltı təkanın baş verəcəyi barədə xəbərdar edib. Вернуться назад |