Главная > Dünya > ÜST komandasından ŞOK AÇIQLAMA: Çin bunu gizlədir
ÜST komandasından ŞOK AÇIQLAMA: Çin bunu gizlədir14-02-2021, 13:41. Разместил: azadses |
COVID-19-un mənşəyini araşdırmaq üçün Uhanda olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çinin epidemiyanın necə və nə vaxt yayılmağa başladığını müəyyənləşdirməyə kömək edə biləcək ilk hadisələr haqqında əsas məlumatları vermədiyini iddia ediblər. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, "Wall Street Journal" qəzetinin hesabatına görə, ÜST nümayəndə heyətinin avstraliya və danimarkalı üzvləri Çin rəsmilərinin 2019-cu ilin dekabrında, epidemiyanın erkən mərhələsində aşkar edilmiş 174 koronavirus faktı barədə məlumatları bölüşmək istəklərini rədd etdiklərini söyləyib. Heyətin avstraliyalı üzvü, mikrobioloq Dominik Duayer epidemiyanın Çində necə və nə vaxt yayılmağa başladığını təhlil etməyə imkan verəcək məlumatların paylaşılmadığını vurğulayaraq "Bizə bir neçə nümunə göstərdilər, amma bu hamısını deməklə eyni deyil. Bu məlumatların təfsiri bizim nəzərimizdə daha da məhdudlaşır", deyə qeyd edib. Duayer Çinin məlumatları paylaşmamasının ÜST nümayəndə heyəti ilə çinli həmkarları arasında sərt müzakirələrə səbəb olduğunu vurğulayıb. ÜST heyətinin danimarkalı epidemioloqu isə bunları deyib: "Mən aliməm və məlumatlara etibar edirəm. Verilənlərə əsaslanan sənədli sübutlara inanıram, sadəcə birinin mənə söylədiklərinə yox". O, Uhanda onlara verilən məlumatlarda uyğunsuzluq görmədiyini, ancaq bəzi məlumatları görmədən daha dərin analiz apara bilmədiyini əlavə edib. Çinin məlumatları təqdim etmək istəməməsi bir çox ölkə və elm adamları tərəfindən ölkənin epidemiyanın mənşəyini araşdırmağa yanaşmasında şəffaflığın olmaması kimi yozulur. Вернуться назад |