Главная > Dünya > Rusiyada koronavirusdan ölənlərin sayı 77 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 77 mini ötdü


8-02-2021, 11:27. Разместил: azadses
Rusiyada son bir gündə daha 15 916 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 983 197 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 407 nəfər artaraq 77 068-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 472 091 nəfər sağalıb.(Report)


Вернуться назад