Главная > Dünya > Qarabağ döyüşlərindən sonra daha bir ölkə HƏRƏKƏTƏ KEÇDİ

Qarabağ döyüşlərindən sonra daha bir ölkə HƏRƏKƏTƏ KEÇDİ


8-02-2021, 10:47. Разместил: azadses
Qarabağdakı döyüş əməliyyatlarından sonra Türkiyə istehsalı pilotsuz uçuş aparatlarının şöhrəti artmaqda davam edir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Banqladeş ordusunun gələcək ehtiyacları çərçivəsində Türkiyədən silahlı və silahsız PUA tədarükü edə biləcəyini bildirib.

Banqladeşin Ankaradakı səfiri Mosud Mannan ölkəsinin bu sistemləri almaq məsələsində qətiyyətli olduğunu deyib.

Qeyd edək ki, sözügedən məhsullardan daha əvvəl ölkəmizlə yanaşı, Ukrayna, Pakistan, İngiltərə, Qazaxıstan alıb. Bir çox ölkənin də tədarük üçün görüşləri davam edir.

Вернуться назад