Главная > Dünya > Rusiyada koronavirusa yoluxanların sayı 4 milyona yaxınlaşır

Rusiyada koronavirusa yoluxanların sayı 4 milyona yaxınlaşır


6-02-2021, 11:58. Разместил: azadses
Rusiyada son bir gündə daha 16 627 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 951 233 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 497 nəfər artaraq 76 229-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 436 326 nəfər sağalıb.Report

Вернуться назад