Главная > Dünya > Rusiyadan qovulan ermənilər aeroportda gecələyirlər
Rusiyadan qovulan ermənilər aeroportda gecələyirlər5-02-2021, 09:07. Разместил: azadses |
“Hələlik yeni xəbər yoxdur, bizim məsələlərimiz aydınlaşana qədər aeroportda qalacağıq”. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiyadan Ermənistana deportasiya edilmiş ermənilərdən biri "Zvartnos" aeroportunda bildirib. "Biz pulumuzu xərclədik və işlərimizin dalınca getmək istəyirik. Aeroportdan heç bir cavab yoxdur", - o əlavə edib. Aeroportda gecələyən digər erməni qeyd edib ki, onları gözləməyə çağırırlar. "Nə vaxta qədər gözləmək olar? Biz uşaq deyilik ki, oyuncaqlar versinlər, burada oturtsunlar, oynayaq və gözləyək", - o vurğulayıb. Rusiyadan deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, məsələ həll edilməlidir. "Tələbimiz deportasiya qərarının ləğv olunması, biletlərin bərpasıdır ki, orada problemlərimiz yaranmasın", - o deyib. Qeyd edib ki, Rusiyada onlara saxta sənədə görə deportasiya edildiklərini bildiriblər. “Məsələmiz həll olunmayınca gözləyəcəyik. Heç birimiz buradan getməyəcək, burada gecələyəcəyik", - o qeyd edib. Xatırladaq ki, Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır. Onlar aeroportda gecələyirlər. Вернуться назад |